“Bakı-2015”lə bağlı jurnalistlərə çağırış edildi

baki-2015le-bagli-jurnalistlere-cagiris-edildi
Oxunma sayı: 895


 “Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, təşkilat öz çağırışında təklif edib ki,  bütün QHT-lər kampaniyaya  12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 15:00-da qoşulsunlar.   Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində  Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb.  Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın. 

APA Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.  

Məlumat üçün bildirik ki, kampaniya I Avropa  Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.