“Bakı-2017”nin su festivalı Qaradağda

baki-2017nin-su-festivali-qaradagda
Oxunma sayı: 704

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mayın 3-də Qaradağ rayonunda davam edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, axşam saatlarında Lökbatandakı Heydər Parkında keçirilən möhtəşəm su festivalını minlərlə sakin izləyib.

Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilib. Bildirilib ki, 50-dən çox İslam ölkəsindən olan üç mindən çox atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaqlar. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.