“Bakı” 3 yoxlama oyunu keçirəcək

baki-3-yoxlama-oyunu-kecirecek
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi məlumata görə, ilk mərhələni yekunlaşdıran “zolaqlılar” ikinci mərhələdə bu Balkan ölkəsində hazırlıq keçəcək.

Komanda Bakı-Vyana-Lyublyana reysi ilə öncə Sloveniyanın paytaxtı Lyublanaya, oradan isə avtobusla toplanış keçəcəyi Moravska şəhərinə yollanıb. "Bakı" 5 ulduzlu “Levada Prestij”də məskunlaşıb.

Paytaxt klubu Moravskada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komandanın rəqibləri Sloveniya, Avstriya və Polşa klubları olacaq. Bu barədə “Mura-05” (Sloveniya), “Şturm” (Avstriya), “Legia” (Polşa) klubları ilə razılıq əldə olunub.