Bakı 4 ay sonra SMS-icazəyə qayıtdı... - Fotosessiya

baki-4-ay-sonra-sms-icazeye-qayitdi
Oxunma sayı: 4675

Azərbaycanda bu gündən etibarən koronavirus pandemiyası ilə əlaqədar sərt karantin tədbirlərinin tətbiqinə başlanılıb. Bakı başda olmaqla bir sıra şəhər və rayon sakinlərinə 4 aydan sonra yenidən SMS-icazə almaqla 3 saat ərzində evlərini tərk etməyə icazə verilir.

Bu səbəbdən Bakı küçələrində seyrəklik müşahidə olunub, şəhərin müxtəlif ərazilərində xidmət aparan polis əməkdaşları vətəndaşların SMS-icazələrini yoxlayıb.

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov sərt karantinin tətbiq olunduğu ilk gün paytaxtdan fotolar lentə alıb.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycanda SMS-icazə sistemi avqustun 5-də ləğv edilmişdi.