Bakı aeroportunda narkotik əməliyyatı

baki-aeroportunda-narkotik-emeliyyati
Oxunma sayı: 1526

Daxili İşlər Nazirliyi Bakı aeroportunda əməliyyat keçirib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.