Bakı aeroportunun enerji təchizatı bərpa olundu

Bakı aeroportunun enerji təchizatı bərpa olundu
Oxunma sayı: 1005

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aeroportun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, ötən gün enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi. Enerji təchizatında fasilə sıxlığa səbəb olmuşdu.