Bakı ağappaq oldu... - Foto

Bakı ağappaq oldu...
Oxunma sayı: 6308

İlin ən soyuq günündə Bakıya qar yağıb.

"Qafqazinfo" xəbər verir ki, qarın yağmasını əks etdirən fotolar bir anda sosial şəbəkələrin bəzəyinə çevrilib.

Hər kəs öz yaşadığı ərazidən foto paylaşaraq qarın yağmasına reaksiya verib.

Qeyd edək ki, hazırda Bakıda da daxil olmaqla, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda və Abşeron yarımadasında qar yağır.

Qərb küləyinin sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23,  Hacıqabul 20,  Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17,  Tərtər, Ağdam,  Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19,  Sumqayıt, Qum adasında 18,  Neft daşlarında 21 m/s- dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.