Bakı-Ağstafa-Bakı istiqamətində daha bir reys təyin edildi

baki-agstafa-baki-istiqametinde-daha-bir-reys-teyin-edildi
Oxunma sayı: 2121

Bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət Ekspres sürət qatarı əlavə reysə cəlb edilib.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qatar yanvarın 2, 4 və 5-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3, 5 və 6-da isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək.

Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək.