İyulun 15-dən Bakı-Ağstafa qatarı ləğv ediləcək.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Dəmir Yollarından məlumat verilib. Bildirilir ki, buna səbəb hərəkət qrafikinin optimallaşdırılmasıdır.
Qeyd edək ki, bu reys üzrə sonuncu qatar Bakıdan iyulun 14-də yola çıxacaq. Ağstafadan çıxan sonuncu qatar isə Bakıya 15-də çatacaq. Ləğv edilən reysin 4 vaqonu Bakı-Böyükkəsik qatarına qoşulacaq.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər