Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları onlayn keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları 8-11 iyun tarixlərində baş tutacaq.
Builki konfrans əvvəlki illərdə təşkil olunan ənənəvi konfranslardan formatına və miqyasına görə fərqlənir. Dünyada geniş yayılan Koronavirus (COVID-19) pandemiyası səbəbi ilə bu il konfransların təyin olunan vaxtda və formatda təşkili mümkün olmayıb.
8 iyunda açılışı olacaq “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” adlı konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər” mövzusuna həsr olunacaq.
8-11 iyun 2020-ci il tarixlərində “Qazıntı və bərpaolunan enerji” konfransında “Neft çıxarma və nəql etmə prosesslərində enerji qoruma texnologiyaları”, “Neft hasilatı sistemlərində ekoloji problemlər və onların həlli yolları”, “Karbohidrogen laylarının işlənməsində multidissiplinar yanaşma”, “Neft-qaz kəşfiyyatında hövzə analizi”, “Quyuların istismarının və layların işlənməsinin təkmilləşdirilməsi vasitəsilə hasilatın optimallaşdırılması”, “Bərpa olunan enerji”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz mühəndisliyi: Effektiv maliyyələşdirilmə” mövzuları müzakirə olunacaq.
“Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2020” adlı konfrans 10-11 iyun 2020-ci il tarixlərində təşkil olunacaq.
Konfransın mövzuları “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri”, “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və Kibertəhlükəsizliyin problemləri”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi”dir.
Konfranslara Azərbaycanın ayrı-ayrı təhsil müəsissələri ilə yanaşı, İran, Rusiya, Gürcüstan kimi ölkələrdən də tələbə və gənc tədqiqatçılar tezislər təqdim edib.
Son xəbərlər
Son Xəbərlər