“Qafqazinfo” ya daxil olan məlumata görə, mərasimdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, mütəxəssislərin hazırlanması ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamətdir. Buna misal ölkənin insan kapitalının inkişafında atılan vacib addım - Bakı Ali Neft Məktəbinin yaradılmasıdır. Rektor bildirib ki, BANM Azərbaycanın ən gənc təhsil müəssisələrindən biridir, onun qarşısında duran əsas vəzifə ölkənin surətlə inkişaf edən sənaye sahələrində işləmək və ARDNŞ-nin layihələrini həyata keçirmək qabiliyyətinə malik olan yüksəkixtisaslı mühəndislərə gündən günə artan tələbləri ödəməkdir.
Mərasimdə çıxış edən “EmersonProcessManagement” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti YohanVanderplats qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətimizi maksimal dərəcədə genişləndirmək niyyətindədir. “Emerson” şirkəti dünya ölkələrinin onlarla universitetləri ilə birgə təhsil proqramları həyata keçirir, bu layihə bizim Azərbaycanın ali təhsil müəssisəsi ilə ilk əməkdaşlıq təcrübəmizdir. Biz Azərbaycanın neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazırıq. Daha sonra Elmar Qasımov və YohanVanderplatsBakı Ali Neft Məktəbi ilə “EmersonProcessManagement” şirkəti arasında “Əməkdaşlıq haqqında Razılaşma”nı imzalayıblar. Bu sənədə görə hər iki struktur neft-qaz sənaye sahələrinin müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması üzrə tədqiqat və tədris proqramlarını dəstəkləmək üçün ardıcıl olaraq birgə tədbirlər həyata keçirəcəklər.