“Qafqazinfo” xəbər verir ki, imzalanma mərasimində BANM-in rəhbərliyi, Schneider Electric şirkətinin Orta Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemirin və AVANDSIS GROUP şirkətinin direktoru Həsən Süleymanovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Fransanın Azərbaycandakı Səfirliyinin Universitetlərlə əlaqələr üzrə nümayəndəsi Şarlott Payen, həmçinin BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər. BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağında keçirilən tədbirlərə bu şirkətlərin dəstək verdiklərini bildirib. O, bu yaxınlarda BANM-də keçirilən Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbələrin 3-cü elmi-texniki konfransında AVANDSİS GROUP şirkətinin də yaxından iştirakını və dəstəyini vurğulayıb. Rektor E.Qasımov hər iki şirkətlə qurulan əməkdaşlığın Ali Məktəbdəki “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. O, bu əməkdaşlığın eyni zamanda, tələbələr üçün təcrübə və gələcək karyera imkanlarının verəcəyini qeyd edib.
Sonra hər iki şirkətlə müqavilələrin imzalanma mərasimi olub.
Qeyd edək ki, imzalanan əməkdaşlıq haqqında razılaşma BANM-də “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki dəstəyin alınmasına və təşkilati tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq.
Son xəbərlər
Son Xəbərlər