Bakı Ali Neft Məktəbi liderlik mövqeyini saxlayır

baki-ali-neft-mektebi-liderlik-movqeyini-saxlayir
Oxunma sayı: 6595


Belə ki, Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil müəssisələrinin rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Abituriyent” jurnalının 2014-cü ildəki 12-ci sayında dərc olunmuş “2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili”ni geniş şərh edib.

Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668.017 orta balla birinci yerdədir:

№ Ali təhsil müəssisəsi Qəbulda  orta bal

1 Bakı Ali Neft Məktəbi              668.017

2 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 601.554

3 “ADA” Universiteti 591.349

4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 578.450

5 Azərbaycan Tibb Universiteti 569.456

6 Azərbaycan Dövlət Neft Akademiyası 452.058

7 Azərbaycan Dillər Universiteti 433.060

8 Bakı Dövlət Universiteti 426.839

9 “Qafqaz” Universiteti 403.329

10 Naxçıvan Dövlət Universiteti 398.173

1-ci qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin 24.69% Bakı Ali Neft Məktəbinə daxil olub.

Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, orta bal 657.327, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə müvafiq olaraq 660 və 671.880, “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” ixtisası üzrə isə 673 və 684.550 olub.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” (660) və “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub.

Bakı Ali Neft Məktəbi üzrə Dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilmişdir. Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də Bakı Ali Neft Məktəbi üzrə göstərici də (81.39) yüksək olub.

Sadalananlar Bakı Ali Neft Məktəbinin abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğuna sübutdur. Bu isə, Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının ən müasir proqramlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirilməsi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, tədris prosesinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması ilə bağlıdır.