"Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir"

baki-ali-neft-mektebi-regionun-en-nufuzlu-universitetidir
Oxunma sayı: 792

İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılmış kampusunun qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, kampusun açılışından sonra BANM-in ilk qonağı olmaq böyük şərəfdir: “Dövlət başçısı ilə görüş zamanı mən onu dünya standartlarına cavab verən müasir təhsil müəssisəsinin açılışı münasibətilə təbrik etdim. Bu gün mən BANM-in kollektivini belə gözəl kampusa malik olmağı münasibətilə təbrik edirəm. Əminəm ki, yeni açılan tələbə şəhərciyi BANM-ə dünyanın hər yerindən tələbələr, müəllimlər və elm adamlarını dəvət etməyə imkan verəcək. Bu gün Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir.

ISESCO və İslam Dünyası Universitetləri Federasiyası gələcəkdə də BANM-lə sıx əməkdaşlığı inkişaf etdirəcək. Əminliklə deyə bilərəm ki, BANM yalnız təhsil müəssisəsi olmayacaq, hətta, yaxın gələcəkdə beynəlxalq bilik və təcrübə mübadiləsi üçün forum, geniş masştablı elmi tədqiqatlar üçün mərkəz olmaq imkanlarını reallaşdıracaq. Biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını Ali Məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”.