Bakı Ali Neft Məktəbi SOCAR-AQŞ ilə razılaşdı

baki-ali-neft-mektebi-socar-aqs-ile-razilasdi
Oxunma sayı: 1863


İmzalanma mərasimində BANM-in rəhbərliyi, SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayevin rəhbərlik etdiyi heyət, həmçinin BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov SOCAR-AQŞ ilə qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edib. E.Qasımov imzalanan razılaşmanın BANM-də “Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. 

O, bu əməkdaşlığın, eyni zamanda BANM-in tələbələri üçün yeni təcrübə və gələcək karyera imkanları verəcəyini qeyd edib.

Daha sonra SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev çıxış edərək, rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, SOCAR-AQŞ və BANM arasında yaradılan birgə əməkdaşlığın gələcəkdə tələbələr üçün daha böyük imkan yaradacağına əminliyini ifadə edib.

SOCAR-AQŞ-nin nümayəndələri III kurs tələbələri ilə görüşüb və müəssisədə 2 aylıq yay təcrübəsi keçmələri üçün onların arasında seçim aparıblar.

Sonra BANM və SOCAR-AQŞ arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub.