Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı anıldı

baki-ali-neft-mektebinde-31-mart-soyqirimi-anildi
Oxunma sayı: 640

Bakı Ali Neft Məktəbində (BANM) ilk dərslərin 31 mart soyqırımı qurbanlarının xatirəsinin anılmasına həsr edilmiş tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dərslər başlamazdan əvvəl tələbələr və müəllimlər bütün auditoriyalarda 31 mart soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra müəllimlər tərəfindən multimedia vasitələri ilə 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələri haqqında geniş məlumat verilib. Ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı siyasəti nəticəsində erməni silahlı dəstələri Bakıda, Şamaxıda, Qubada, Xaçmazda,  Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda və digər şəhər və kəndlərdə on minlərlə azərbaycanlını amansızlıqla qətlə yetirib və kütləvi məzarlıqlarda dəfn ediblər.

BANM-in müəllimləri anım tədbirlərinin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, bu cür tədbirlərin gənclərin arasında keçirilməsi onların tarixi həqiqətlər, soyqırım dəhşətləri haqqında daha dərindən məlumatlanmasına və vətənpərvərlik ruhunda tərbiyəsinə imkan yaradır.