Bakı Ali Neft Məktəbində beynəlxalq seminar

baki-ali-neft-mektebinde-beynelxalq-seminar-
Oxunma sayı: 720


Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov seminarın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “Confidence Capital” şirkəti ilə birgə təşkil olunduğunu bildirib və məqsədin Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə etdiyi təcrübəni xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssisləri arasında yayılması olduğunu bildirib.  Elmar Qasımov seminar iştirakçılarının sırasında bir sıra ölkələrdən gəlmiş mütəxəssislərin olduğunu qeyd edib, 3 gün ərzində seminar iştirakçılarına Bakı Ali Neft Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin mövzusuna aid çoxsaylı məruzələr təqdim olunacağını və iştirakçıların dəniz neft mədənlərinə səfərlərinin təşkil ediləcəyini bildirib. 

17-19 iyun tarixlərində seminar iştirakçılarına neft-qaz yataqlarının parametrlərinin ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftvermənin artırılması üsulları, hasilat texnologiyaları və s. mövzularda mühazirələr təqdim ediləcək.

İyun ayının 20-də seminar iştirakçıları üçün “Neft daşları” neftqazçıxarma idarəsinin mədənlərinə səfərlər təşkil olunacaq.