Bakı Ali Neft Məktəbində Elmi Şuranın son iclası

baki-ali-neft-mektebinde-elmi-suranin-son-iclasi
Oxunma sayı: 685


Məktəbdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclası açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2014-2015-ci tədris ilinin son iclasının 15 iyun – Milli Qurtuluş gününə həsr olunduğunu bildirib. E. Qasımov deyib ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Bu müstəqillik  və azadlıq isə, heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. E.Qasımov Azərbaycan xalqının öz müstəqilliyinə, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşduğunu vurğuladı. Məhz Heydər Əliyevin bu müdrik adddımı nəticəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, ölkədə sabitlik və əmin-amanlıq yaratdı. Məhz Ümummilli lider Heydər Əliyevin o zaman atdığı müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil güclü dövlətə çevrildiyini deyən E.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin ideyalarının davamçısı olduğunu bildirdi. 

Elmar Qasımov Azərbaycanda Avropa Oyunlarının açılışını xatırladaraq Elmi Şura üvzlərini və kollektivi bu münasibətlə təbrik etdi. O, Azərbaycanı təmsil edən idmançılara uğurlar arzuladı. Bütün dünyanın, o cümlədən siyasi-ictimai dairələrin, tanınmış ictimai xadimlərin, müxtəlif ölkələrdən gələn çoxlu sayda idmançıların və dünyanın bütün aparıcı KİV nümayəndələrinin qatılacağı tədbirin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Azərbaycanın bu yarışlara ev sahibliyi etməsinin ölkəmizin təbliği üçün bir vasitə olduğunu qeyd etdi. Rektor bu beynəlxalq tədbirdə Bakı Ali Neft Məktəbinin tələbələrinin də könüllü kimi iştirak edəcəklərini dedi.