Bakı Ali Neft Məktəbində görüş keçirildi

baki-ali-neft-mektebinde-gorus-kecirildi
Oxunma sayı: 708


Tədbiri açan BANM-in rektoru Elmar Qasımov KİV nümayəndələri olan iştirakçıları Bakı Ali Neft Məktəbində salamlayaraq, onları görməkdən məmnun olduğunu bildirib. Rektor BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğulayıb. Elmar Qasımov hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirib. 

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mətbuat Şurası ilə birgə reallaşdırdığı “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsi neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. İştirakçılar arasında ümumilikdə 22 KİV, o cümlədən televiziya, qəzet, informasiya agentliyi və portalları təmsil edən 36 jurnalist var.