“Qafqazinfo” xəbər verir ki, konfransın plenar iclasında BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Məktəbin rektoru Elmar Qasımov konfransın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmasının bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor müasir Azərbaycanın uğurlarının Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyası ilə bilavasitə bağlı olduğunu vurğulayaraq, bu strategiyanın ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən elm və təhsil sahələrində inkişafına güclü təkan verdiyini bildirib.
Konfransda iştirak edən SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tələbələri konfransın açılışı münasibətilə təbrik edib və konfransın işində uğurlar arzulayıb.
Konfrans öz işini bölmələrdə davam etdirib.
Son xəbərlər
Son Xəbərlər