Bakı Ali Neft Məktəbində seminar keçirildi

baki-ali-neft-mektebinde-seminar-kecirildi
Oxunma sayı: 734


Seminarın 1-ci günündə BANM-ın rektoru Elmar Qasımov iştirakçıları və məruzəçiləri Ali Məktəbin kollektivi adından salamladı və rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi və nailiyyətləri haqqında məlumat verdi. O, BANM-in“Halliburton” şirkəti və Azərbaycanda fəaliyyət göstərən digər transmilli şirkətlərlə əməkdaşlıq əlaqələrinin mütəxəssis hazırlığına dəyərli töhfələr verəcəyini vurğuladı və 2014-cü ildə  Bakı Ali Neft Məktəbi və "Halliburton" şirkəti arasında "Əməkdaşlıq haqqında Razılaşma" imzalandığını xatırlatdı. 

Seminarda “SOCAR- AQŞ” MMC-nin, “Azneft”  İstehsalat Birliyinin, Kompleks Qazma İşləri Trestinin, "SOCAR ÜMİD" MMC-nin və ARDNŞ-nin  digər struktur qurumlarının mühəndisləri iştirak etdilər.

Seminarın əsas məqsədi “Halliburton” şirkətinin mütəxəssisləri və ARDNŞ-nin quyuların qazma və tamamlama işlərini həyata keçirən mühəndisləri arasında sıx iş birliyi qurmaq və onlara “Halliburton” şirkəti tərəfindən quyuların tamamlanmasında ən müasir və yüksək keyfiyyətli  xidmət və avadanlıqlar təklif etməkdir. 

İki gün ərzində “Halliburton” şirkətinin mütəxəssisləri tərəfindən seminar iştirakçılarına “Təhlükəsizlik məsələləri barədə məlumat”,  “”Halliburton” şirkətinin quyuların tamamlanması vasitələrininişinin təşkili və ümumi imkanları”, “Sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin neft sənayesində vacibliyi”,  “Qlobal mühitdə istifadə olunan müxtəlif tamamlama layihələri”, “Tamamlamada axının idarə olunması”, “Halliburton şirkətininməhsul xidmətləri şəbəkəsi və Xəzər regionunda imkanları”, “Qumla mübarizə metodları və süzgəclər” və digər mövzularda təqdimatlar keçirildi. 

BANM-də iki gün ərzində keçirilən seminar yekun qeydlərlə və sual-cavab sessiyası ilə yekunlaşdı.