Bakı Ali Neft Məktəbində (BANM) məşhur şotland lirik şairi Robert Börnzün anadan olmasının 258-ci ildönümünə həsr olunmuş “Şotlandiya Günü” kecirilib. Tədbirdə SOCAR, diplomatik nümayəndəlik və müxtəlif beynəlxalq şirkətlərin rəsmiləri iştirak ediblər. Şotland milli musiqiləri və rəqsləri nümayiş olunub, Ali Məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin rəsmi hissəsini giriş sözü ilə BANM-in rektoru Elmar Qasımov açaraq Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişafından danışıb. Rektor qeyd edib ki, Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq müqaviləsinə görə, Bakı Ali Neft Məktəbində “Şotlandiya günü” keçirilir, mayın 28-də isə Heriot-Vatt Universitetində “Azərbaycan günü” keçiriləcək.
Birləşmiş Krallığın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik cıxış edərək Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrdən söz açıb.
Daha sonra BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin Azəri-Çıraq-Günəşli qlobal layihələri üzrə vitse-prezidenti Kəsl Kelli və British Council-ın Azərbaycan nümayəndəliyinin Təhsil və cəmiyyətlə iş üzrə meneceri Nərgiz Hüseynova çıxış ediblər.
Tədbirin bədii hissəsi Şotlandiya haqqında tanıtım filminin nümayişi ilə başlayıb.
Son xəbərlər
Son Xəbərlər