Bakı Ali Neft Məktəbində təqdimat

baki-ali-neft-mektebinde-teqdimat
Oxunma sayı: 738


“Qafqazinfo” xəbər verir ki, tədbirdə BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və “REN GROUP”MMC-nin nümayəndələri  iştirak edib. BANM-in rektoru Elmar Qasımov  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2.23-cü maddəsinə əsasən fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin həmin fənndən imtahana buraxılmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu qərarın əsas götürüldüyünü deyərək, semestr ərzində toplanan ballar arasında davamiyyətə görə də bal verilməsi, tələbələrin davamiyyət hesablamalarınınaparılmasınınzəruri olduğunu göstərdiyini bildirib. E.Qasımov bu sistemin Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə olaraq BANM-də tətbiq olunduğunu qeyd edib.  Rektor digər ali məktəblərdə olduğu kimi tələbələrin davamiyyətinin kağız üzərində hesablanmasınınzaman itkisinə gətirdiyini vurğulayaraq, bu sistemin Bakı Ali Neft Məktəbində tətbiq olunması digər üsuldan fərqli olaraq tədris prosesinin daha operativ, obyektiv və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcəyini deyib. Sistem haqqında qısa məlumat verən E.Qasımov, sistemin turniket və biometrik cihazların bir-biri ilə bir başa əlaqəsi vasitəsilə obyektiv şəkildə işləməsi və  davamiyyətin şəffaf şəkildə aparılması üçün hər bir tələbənin barmaq izləri götürülərək sistemə daxil edildiyini bildirib.