Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti müsabiqədə iştirak edib

baki-ali-neft-mektebinin-numayende-heyeti-musabiqede-istirak-edib
Oxunma sayı: 899


Ali məktəbdən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu müsabiqədə müxtəlif universitetlərin tələbələri həm komanda şəklində, həm də fərdi surətdə iştirak ediblər. Onların qarşısında “Azərbaycan enerji sənayesinə nə cür qlobal təsir göstərə bilər?” mövzusunda təqdimatlar hazırlamaq tapşırığı qoyulub.

Amerikada təhsil alan müxtəlif ölkələrdən gəlmiş tələbələr Azərbaycanın tarixi, dövlətin siyasəti, iqtisadiyatı, biznes fəaliyyəti, ekologiyası və texnologiyaları ilə bağlı araşdırmalar aparmalı və təqdimatlarını məruzə etməli idilər. Bu təqdimatların qiymətləndirilməsinə isə ekspert kimi Hyustonda işləyən azərbaycanlı mütəxəssislər cəlb olunublar.

Tədbirin əvvəlində Bakı Ali Neft Məktəbinin rektoru   Elmar Qasımov Amerika universitetlərinin tələbələrinin Azərbaycanla bağlı araşdırmalara maraqlarının təqdirəlayiq olduğunu bildirmiş, ölkəmizin dünya iqtisadiyyatında və siyasətində rolundan danışmış, onun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırmış və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Elə həmin gün Enerji Asossiasiyasının rəhbəri cənab Mark Dear ilə müzakirələr aparılmış və hər iki tərəfin  tələbələrin  iştirakı ilə birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilib.