Bakı Ali Neft Məktəbinin təklif etdiyi layihə...

baki-ali-neft-mektebinin-teklif-etdiyi-layihe
Oxunma sayı: 1107


Məktəbin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Bakı Qış Neft Məktəbi Mart 03-15, 2014 tarixlərində Bakı Ali Neft Məktəbində keçirilib. Layihə çərçivəsində tələbələr Azərbaycanın Enerji Siyasəti, Qlobal Neft Sənayesi, Neft və qaz quyularının qazılmasında tətbiq olunan yeniliklər və Bərpaolunan enerji mənbələri mövzularında kurslar keçiblər. Layihə müddətində tələbələr akademik biliklərə yiyələnməklə bərabər Azərbaycanı daha yaxından tanımaq üçün əsrarəngiz təbiəti olan Şəki və Quba regionuna səyahət etmiş, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası, Xalq Tətbiqi Sənəti Muzeyi və Atəşgah məbədi ilə tanış olublar. Həmçinin layihənin ilk günlərində Mart soyqırım qurbanlarını yad etmək üçün “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

Tələbələr Azərbaycanın neft tarixinə daha yaxından bələd olmaq üçün proqram çərçivəsində Səngəçal Neft Terminalı, palçıq vulkanları, SOCAR Eko parkı və Qobustan təlim və tədris mərkəzi kimi əhəmiyyətli yerlərlə tanış olublar.

Mart ayının 14-də Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə proqramı uğurla tamamlamış iştirakçılar Bakı Ali Neft Məktəbinin sertifikatları ilə mükafatlandırılıblar. Tədbirin qonaqları Almaniya Federativ Republikasının Azərbaycan Respublikasındakı səfirinin köməkçisi Vofqanq Mössinger, DAAD Məlumat Mərkəzinin direktoru Nikola Uliş olub.