Bakı Ali Neft Məktəbi (BANM), İstanbul Texniki Universiteti (İTU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə COVID-19 pandemiyası dövründə “Onlayn təhsil və biliyin qiymətləndirilməsi: çağırışlar və imkanlar” mövzusunda vebinar keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Mühəndislik, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment İnstitutunun, Mingəçevir Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rektorları, Təhsil Nazirliyinin rəhbər şəxsləri, eləcə də bir sıra ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təşkilatçılar adından iştirakçıları salamlayaraq, vebinarın distant və onlayn təhsil sahəsində mövcud olan suallara cavab axtarılması və yeni təkliflərin meydana çıxması baxımından faydalı olacağına inandığını bildirib.
“Tələbələr bizdən yüksək təhsil gözləyirlər. Buna görə də vaxtaşırı belə tədbirlər, fikir və təcrübə mübadiləsi aparılmalıdır. Bizim borcumuzdur ki, distant təhsili də ən yüksək formada təşkil edək. Bakı Ali Neft Məktəbində pandemiya dövründə qısa müddət ərzində onlayn və distant dərslərin, imtahanların uğurlu tətbiqi sayəsində təhsilin fasiləsizliyini təmin etmək mümkün oldu. Amma mövcud vəziyyət uzun sürərsə, biz yeni tədris ilindən daha mütəşəkkil qaydada distant təhsilə keçidi təmin etməliyik” – deyə rektor qeyd edib.
Son xəbərlər
Son Xəbərlər