Bakı Anım Gününə belə hazırlaşır - Fotolar

baki-anim-gunune-bele-hazirlasir
Oxunma sayı: 6263

Xəbər verdiyimiz kimi, Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sözügedən tədbirlər çərçivəsində Bakının bir sıra küçə və prospektləri Azərbaycanın dövlət bayrağı ilə bəzədilib.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal paytaxtın Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektində Anım Gününə hazırlığı kamerasının yaddaşına köçürüb.

Qeyd edək ki, sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.