Bakı Avrasiya Universiteti növbəti məzunlarını yola salıb

baki-avrasiya-universiteti-novbeti-mezunlarini-yola-salib
Oxunma sayı: 2411

27 ildir fəaliyyət göstərən Bakı Avrasiya Universiteti 23-cü məzun buraxılışını uğurla yekunlaşdırıb.

"Qafqazinfo" xəbər verir ki, "Avrasiya Universitetindən gələcəyə-Məzun 2019" adlı tədbirdə universitetin rektoru,fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, universitetin prorektorları, eləcə də professor və müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nazim Hüseynli məzun olan tələbələrə uğur arzu edərək gələcəkdə iş karyeralarında hər birinə nailiyyətlər diləyib. Daha sonra məzunlar səhnəyə dəvət olunub. Bir-birindən maraqlı səhnəciklər, solo ifalar hazırlayan məzunlər gecəyə daha da rəng qatdılar.

Xatırladaq ki, Filologoya və İqtisadiyyat fakültəsi olmaqla, ümumilikdə 235 tələbə bu il Bakı Avrasiya Universitetindən məzun adını qazanaraq universiteti müvəffəqiyyətlə başa vurub. Sonda fərqlənən məzunlara xüsusi plaketlər və sertifikatlar təqdim olunub.