Bakı Avrasiya Universiteti yenidən bu simpoziuma ev sahibliyi edəcək

baki-avrasiya-universiteti-yeniden-bu-simpoziuma-ev-sahibliyi-edecek
Oxunma sayı: 774

13-15 iyun tarixlərində Bakıda VI Türk Dünyası Araşdırmalar simpoziumuna start veriləcək. Bakı Avrasiya Universitetinin ev sahibliyi edəcəyi bu möhtəşəm simpoziuma Türk dünyası ölkələrindən 300-ə yaxın elm və bilim adamları toplaşacaq. 

Bakı Avrasiya Universitetinin rektor köməkçisi Şəfayət Avılbəyli “Qafqazinfo”ya bildirib ki, artıq 9 iyundan universitet qonaqların qarşılanmasına başlayacaq.

Türkiyə, Qazaxıstan, Başqırdıstan, eləcə də Özbəkistan, Qırğızıstandan gələn elm adamlarının 3 gün ərzində müxtəlif sahələr üzrə məruzələri dinləniləcək. Simpoziumun açılış mərasimi Kaspian Biznes Otelin konfrans zalında baş tutacaq.

Universitet rəsmisi onu da vurğulayıb ki, 2014-ci ildən etibarən simpozium proqramı çərçivəsində ənənəvi hala çevrilən və simpoziumun təşkilatçısı olan universitetlərin tələbələrinin iştirakı ilə “Kökümüz Bir - Türkük Festivalı” keçirilir. Türk Dünyasının mədəniyyətinin nümayiş edildiyi festivalla yanaşı, ev sahibi olan ölkədə keçirilən sosial proqramlar çərçivəsində tarixi və mədəni abidələr də ziyarət edilir.

Bundan başqa, hər il məruzələrdən ibarət Məruzə Kitabının nəşr olunması, Türk Dünyası ilə bağlı aparılan tədqiqatların nəsillərə ötürülməsində və paylaşımında mühüm rol oynayır.

Qeyd edək ki, hər il keçirilən Türk Dünyası Araşdırmalar simpoziumu 2018-ci ilin oktyabrında Qazaxıstanın Almatı şəhərində baş tutub.