Bakı Avrasiya Universitetində Elçin Hüseynbəyli ilə görüş keçirilib

baki-avrasiya-universitetinde-elcin-huseynbeyli-ile-gorus-kecirilib
Oxunma sayı: 1338

Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli və şairə Gülnar Ümidlə tələbə və müəllimlərin görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, universitetin akt zalında baş tutan görüşdə öncə Dövlət Himni səsləndirilib, Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edlib.

Tədbiri açıq elan edən Ümumi filologiya kafedrasının müəllimi Çiçək Hüseynova Elçin Hüseynbəylinin və şair Gülnar Ümidin Filologiya fakültəsinin tələbələri ilə görüşünün əhəmiyyətindən danışıb və ədəbiyyat sahəsində yaradıcılıq imkanları olan tələbələr üçün böyük motivasiya olacağına ümid etdiyini bildirib.

Daha sonra görüş tələbələrlə yazıçının qarşılıqlı dialoqu əsasında davam etdirilib. Müasir ədəbiyyatımızın bir çox problemləri və yaradıcılıq imkanlarının yolları barədə çoxsaylı suallara cavab verən Elçin Hüseynbəyli  tələbələrə ədəbiyyata ciddi maraq göstərmələrinə görə təşəkkür edib və tövsiyyələrini verib.