Bakı Avrasiya Universitetində Heydər Əliyevin xatirəsi anılıb

baki-avrasiya-universitetinde-heyder-eliyevin-xatiresi-anilib
Oxunma sayı: 3713

Bakı Avrasiya Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev və Dövlətçilik” adlı tədbir keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, tədbirdə universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, Universitetin Ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, Xarici Əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli  bildirdi ki, tarixin tale yüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır.

Daha sonra Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev bildirdi ki, bu gün hər bir Azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikriləşmiş, onun gələcək müstəqilliyi naminə çalışıb.