Bakı Avrasiya Universitetində Müstəqillik günü qeyd olundu - Fotolar

baki-avrasiya-universitetinde-musteqillik-gunu-qeyd-olundu
Oxunma sayı: 2146

Bakı Avrasiya Universitetində 28 May Müstəqillik gününə həsr olunmuş musiqili tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir dörd ölkənin – Azərbaycan, Nigeriya, Pakistan və Zimbabvenin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri “Tərcümə” kafedrasının ingilis dili müəllimi Günel Bayramova açaraq iştirakçıları salamlayıb, tədbirin mövzusu və həsr olunduğu tarix barədə qısa məlumat verib.

Daha sonra Nigeriya, Pakistan və Zimbabvedən olan tələbələr öz musiqi alətləri, milli rəqsləri və geyimləri haqqında qonaqlara qısa təqdimat edibər.

Tədbirdə Azərbaycanlı və əcnəbi tələbələrin ifasında yerli və xarici mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.

İrqindən, dinindən və dilindən asılı olmadan ölkələrin birliyi və həmrəyliyini nümayiş etdirmək məqsədilə dörd ölkənin tələbələrinin qoşulduğu “Yallı” rəqsi ilə tədbiri yekunlaşdıran qrupların ingilis dili müəllimi Günel Bayramova sonda sözü qonaqlara verib.

Nigeriyalı və Pakistanlı tələbələr ölkəmiz və universitetimizlə bağlı fikirlərini və təcrübələrini bölüşüb, göstərdikləri nəzakət və səmimi münasibətə görə universitetin müəllim və tələbə kollektivinə təşəkkür edib.

Qeyd edək ki, “Beynəlxalq münasibətlər” ixtisası üzrə hazırlıq qrupundan əcnəbi tələbələr, eləcə də “Filologiya” və “Regionşünaslıq” fakültələrindən Azərbaycanlı tələbələr tədbirin təşkili və hazırlanmasında yaxından iştirak edib.