Bakı Avrasiya Universitetində respublika konfransı keçirilir - Fotolar

baki-avrasiya-universitetinde-respublika-konfransi-kecirilir
Oxunma sayı: 1540

Bakı Avrasiya Universiteti Türkoloji Araşdırmalar Mərkəzi 25-26 may tarixlərində Müstəqillik Günü münasibətilə “Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı Respublika Konfransına start verib.

“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə Azərbaycanda keçiriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyır.

Konfransı açıq elan edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbarahimova tarixi müstəqilliyimizin yenidən bərpasının ildönümü ərəfəsində belə bir konfransın keçirilməsinin əhəmiyyətindən danışıb.

“Müstəqil Azərbaycan - azad Şuşa”, “Şairlər şəhəri Şuşa”, “Qarabağın döyünən ürəyi Şuşa, sən azadsan!” kimi bölmələrdə elm adamları konfrans materialları ilə çıxış ediblər.

Konfransa mayın 26-sı yekun vurulacaq.