Bakı Avrasiya Universitetində təlim

baki-avrasiya-universitetinde-telim
Oxunma sayı: 1629

ABŞ-ın Beynalxalq TEFL Təlim İnstitutunun nümayəndəsi Bakı Avrasiya Universitetində olub.

"Qafqazinfo" xəbər verir ki, Amerika Birləşmiş Ştatları Beynalxalq TEFL Təlim İnstitutunun (İTTİ-İnternational TEFL Training İnstitute) Azərbaycan üzrə rəsmi nümayəndəsi, Beynalxalq TEFL və Təhsil Qrupunun direktoru Afər İbrahimov bu gün Bakı Avrasiya Universitetinin qonağı olub. Universitetdə təlim və tədrisin idarə olunması ilə yaxından tanış olan qonaq eyni zamanda ingilis dili müəllimləri üçün Beynalxalq Müəllim Hazırlığı təlimininə qatılılıb.

“Sinifin idarəedilməsi; yeni sözlərin tədrisində yaradıcı metodlar” üzrə təlimdə qarşılıqlı diskusiyalara da yer verilib. Təlim ingilis dilində keçirilib və növbəti təlimlərin keçirilməsinə zəmin yaradılıb.