Bakı Avrasiya Universitetinin tələbələri “Audiokitab”ın əməkdaşları ilə görüşdə

baki-avrasiya-universitetinin-telebeleri-audiokitabin-emekdaslari-ile-gorusde
Oxunma sayı: 1013

Bu gün Bakı Avrasiya Universitetinin tələbələri “Audiokitab” layihəsinin əməkdaşları ilə görüş keçiriblər. 

“Qafqazinfo”nun məlumatına görə, layihə rəhbərləri ilə görüş Bakı Avrasiya Universitetinin “Tərcümə” kafedrasının təşəbbüsü ilə baş tutub.

Görüşdə layihə rəhbəri, əməkdar mədəniyyət işçisi Həsən Həsənov layihənin əhəmiyyətindən danışıb, eyni zamanda layihənin tələbələrin yeni texnologiyalar vasitəsilə klassik, müasir Azərbaycan, dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair olduğunu vurğulayıb. 

Daha sonra “Audiokitab”-ın 2015-ci ildə fəaliyyətə başlamasından bugünə qədər uğurlarından danışan layihə rəhbəri  Azərbaycanda ilk dəfə həyata keçirilən layihədə ədəbiyyatın bütün sahələrinə aid 1000-ə qədər kitabın peşəkar aktyorların ifasında səsləndirildiyini bildirib. O qeyd edib ki, səsləndirilən kitablara bədii ədəbiyyat, şifahi xalq ədəbiyyatı nümunələri, klassik və müasir Azərbaycan yazıçılarının əsərləri, dünya klassiklərinin dilimizə tərcümə edilmiş əsərləri, eləcə də dərs vəsaitləri daxildir.