“Bakı Bəyannaməsi əlaqələri gücləndirməyi hədəfləyir” - Şentop

baki-beyannamesi-elaqeleri-guclendirmeyi-hedefleyir
Oxunma sayı: 783

“Bakı Bəyannaməsi üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirməyi və gücləndirməyi hədəfləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bu bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tuturuq. Bu günə qədər də Azərbaycan millət vəkillərinin olmadığı beynəlxalq platformalarda Türkiyə deputatları Azərbaycanın maraqlarını müdafiə edirlər. Azərbaycanlı deputatlar da Türkiyə millət vəkillərinin olmadığı platformalarda eyni mövqedən çıxış ediblər”, - deyə Mustafa Şentop sözlərinə əlavə edib.

O, həmçinin əlavə edib ki, bəyannamədə islamafobiyaya qarşı birlikdə hərəkət etməklə bağlı da maddə var: “Beləliklə, parlamentlər səviyyəsində sistemli olaraq islamafobiyaya qarşı mübarizə aparacağıq”.