Bakı Bəyannaməsi imzalandı

Bakı Bəyannaməsi imzalandı
Oxunma sayı: 1915

Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.

Bakı Bəyannaməsini Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirləri imzalayıblar.

Xatırladaq ki, ilk üçtərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varanklı, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı naziri Kairbek Uskenbayev iştirak edib.