Bakı bu matça ev sahibliyi edəcək

baki-bu-matca-ev-sahibliyi-edecek
Oxunma sayı: 4293

AÇ-2020-nin 1/4 final mərhələsinin ilk cütü müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bu, az öncə başa çatan Niderland - Çexiya matçından sonra bəlli olub.

Rəqibini 2:0 hesabı ilə məğlub edən çexlər, adını 1/4 finala yazdırmaqla Danimarka yığmasına rəqib olub.

Bu komandaların oyunu iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Danimarka ötən gün Uelsə 4:0 hesabı ilə qalib gəlib.