Bakı bulvarı bu gün... - Fotosessiya

baki-bulvari-bu-gun
Oxunma sayı: 10214

Xəbər verdiyimiz kimi, bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət aradan qaldırılıb.

Bulvara giriş sərbəst olduğundan paytaxt sakinləri qadağanın aradan götürüldüyü gün Dənizkənarı Milli Parka axın ediblər.

İnsanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalı olsalar da, əksəriyyəti buna əməl etmir. Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və polis xüsusi nəzarət həyata keçirir.

Xatırladaq ki, hazırda Bulvarda ərazisindəki kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun olaraq səhər saat 08:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğularının fəaliyyətinə qoyulun məhdudiyyət hələ ki, aradan qaldırılmayıb.

"Qafqazinfo"nun fotoqrafı Nuran Məmmədovun bulvardan hazırladığı fotoreportajı təqdim edirik: