“Bakı çox gözəldir” - Asmir Beqoviç

“Bakı çox gözəldir”
Oxunma sayı: 956

“Qarabağ”ın yeni transferi Asmir Beqoviç açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, “sportsport.ba”ya danışan 32 yaşlı qapıçı, bunları deyib:

“Nəhayət, Bakıda məskunlaşdım. İlk təəssüratlarım yaxşıdı. Hər şey yaxşı səviyyədədi. Həqiqətən, “Qarabağ”da hamı bir ailə kimidi. Şəhər də çox gözəldi. İnanıram ki, bu keçid mənim həyatımda yaxşı epizod olacaq”.

Bosniya və herseqovinalı futbolçu, “Qarabağ”dan başqa da təkliflərinin olduğunu bildirib:

“Başqa bir klub da var idi, amma azərbaycanlıların təklifinin ən doğru və konkret olduğunu demək məcburiyyətindəyəm. Bu, yaxşı seçimdi. Yaxşı təkliflərdən birini qəbul edib, özümü yeni mühitdə sınamaq istədim. Yenə də deyirəm: oynamaq mənim üçün çox vacibdi.
“Qarabağ” ənənələri olan, köklü klubdu. Hər zaman titul uğrunda mübarizə aparır və Avropa Liqasında çıxış edirlər. Qrup mərhələsində oynamaq böyük bir şey deyil. Amma iddialar bundan daha böyükdü. Qrupumuzda “Sevilya”, APOEL və “Düdelanj” var. İnanıram ki, bunların hamısının öhdəsindən gələ bilərik. Baxmayaraq ki, bu, asan olmayacaq. APOEL-in Hollandiya “Ayaks”ına çətinlik törətdiyini gördüz. Keyfiyyəti olmasaydı, “Düdelanj” burda olmazdı”.

“Qarabağ” Beqoviçi İngiltərənin “Bornmut” klubundan 750 min avro qarşılığında ilin sonunadək icarəyə götürüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi