Bakı dairəvi yolunda qəza- - 2 yaralı+Fotolar

baki-dairevi-yolunda-qeza-
Oxunma sayı: 1283


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Elçin Əsədovun idarə etdiyi "Mercedes" və Süleyman Hacıyevin idarə etdiyi “LADA” markalı avtomobillər toqquşub.

“Mercedes” markalı avtomobil yolun qadağan olunmuş hissəsindən dönmək istəyib, bu zaman arxadan gələn “LADA” ona çırpılıb. Qəza nəticəsində “LADA”nın sürücüsü ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. “Mercedes”in sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

Hadisədən sonra əraziyə yol polisi əməkdaşları cəlb edilib. Qəza yolda  tıxacın yaranmasına səbəb olub.