“Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərtac-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Birinci Avropa Oyunları ilə bağlı idmançıları, texniki heyəti və media nümayəndələrini Atletlər və Media kəndindən məşqlərə və idman obyektlərinə aparmaq üçün planlaşdırılan marşrut Ziya Bünyadov prospekti-20 yanvar dairəsi-Moskva prospekti-20 Yanvar tuneli-Bakı-Sumqayıt yolundan geriyə-Bakı Dairəvi yolu-Bakı-Ələt yolunun 2-14 kilometr hissəsini əhatə edəcək.
Hazırda sözü gedən marşrut üzrə Bakı Dairəvi avtomobil yolunun 14 kilometrlik (Lökbatan dairəsindən şəhər istiqamətinə) hissəsində təmir işlərinə başlanılıb. Təmir işləri çərçivəsində yol konstruksiyasının üst qatının yenilənməsi işləri aparılır.
Son xəbərlər
Son Xəbərlər