Dezinfeksiya xidmətlərini artıq bu saytdan sifariş edə bilərsiniz

dezinfeksiya-xidmetlerini-artiq-bu-saytdan-sifaris-ede-bilersiniz
Oxunma sayı: 2166

“Baku Disinfection Center” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Bakı Dezinfeksiya Mərkəzi) yeni internet saytı istifadəyə verilib.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bu gündən Bakı Dezinfeksiya Mərkəzinin yeni saytı (www.bakudez.az) bir sıra yeniliklərdən sonra fəaliyyətini bərpa edib. Saytda şirkətin göstərdiyi və istehlakçılar üçün maraq kəsb edən dezinfeksiya, dezinseksiya, deratizasiya və təmizlik xidmətləri haqqında geniş məlumat əks olunub.

Məlumat üçün bildirək ki, Bakı Dezinfeksiya Mərkəzi 2019-cu ildə yaradılıb. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-392/2019 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Şirkət beynəlxalq standartlara uyğun olaraq, sanitariya-epidemioloji salamatlığın təmin edilməsi, əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi baxımından əhalinin bilavasitə təmasda olduğu, mal (iş, xidmət) aldığı obyektlərdə, onların anbar (saxlanc) sahələrində, təhsil müəssisələrində, uşaq bağçalarında, o cümlədən çoxmənzilli binalarda və yaşayış evlərində, nəqliyyat vasitələrində, sanatoriya-kurort müəssisələrində yoluxucu, parazitar və infeksion xəstəliklərin, onların daşıyıcılarının və yayıcılarının profilaktikası, habelə ləğvi sahəsində tədbirlərin təşkili və həyata keçirilməsi ilə məşğuldur.

Bakı Dezinfeksiya Mərkəzi dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində beynəlxalq sertifikasiyadan uğurla keçib. Şirkət ISO 9001:2015, ISO 14001 və ISO 45001:2018 sertifikatlarına malikdir.

Şirkət öz fəaliyyətində yalnız Avropa istehsalı olan sertifikatlaşdırılmış dərman vasitələrindən və müasir texnologiyaların imkanlarından istifadə edir. Şirkətin xidmətlərinin insan sağlamlığına və ətraf mühitə heç bir ziyanverici təsiri yoxdur. Xidmətlərin nəticəsi olaraq, müştərilərə müvafiq zəmanət aktı təqdim olunur.

Şirkət fərdi və korporativ müştərilərə qarşılıqlı əməkdaşlıq təklifi edir.

Şirkətin göstərdiyi xidmətlərlə geniş məlumatı bağlı 24/7 fəaliyyət göstərən çağrı mərkəzinə (+994124300343, +994704310343, +994774090907) müraciət etməklə, habelə Şirkətin internet saytından (www.bakudez.az), FacebookInstagram səhifələrindən əldə etmək olar.