Bakı Dövlət Universiteti hər iki şirkətin monitorinqində birincidir

baki-dovlet-universiteti-her-iki-sirketin-monitorinqinde-birincidir
Oxunma sayı: 892

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi vəMedia Consalting & Services şirkəti 2017-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, hər iki şirkətin Azərbaycanın internet məkanı, sosial mediası, gündəlik qəzetlərində yayımlanmış məlumatlar əsasında hazırlanmış monitorinqlərinin nəticəsinə  görə ali təhsil müəssisələri arasında ilk yer Bakı Dövlət Universitetinin payına düşür.

Sonrakı yerləri Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dillər Universiteti tutur.

Qeyd edək ki, ötən ayın monitorinqinə görə də Bakı Dövlət Universiteti hər iki reytinqdə birinci idi.