Bakı Dövlət Universitetinin 95 illik yubileyi münasibətilə nəfis tərtibatda işıq üzü görmüş “Bakı Dövlət Universitetinin professorları” adlı kitabın ingilis və rus dillərində olan versiyası çapdan çıxıb.
“Qafqazinfo” xəbər verir ki, layihə rəhbəri akademik Abel Məhərrəmov, redaksiya heyəti BDU-nun prorektor və dekanlarından ibarət olan kitabın buraxılışına məsul Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovadır.
Qeyd edək ki, kitabda bütün tarixi ərzində BDU-da çalışmış professorlar haqqında ensiklopedik məlumatlar toplanıb. Bununla oxuculara universitetin tarixi onu yaradanların simasında təqdim edilib.



Son xəbərlər
Son Xəbərlər