“Bakı Enerji Həftəsi çox önəmli vaxtda keçirilir”

baki-enerji-heftesi-cox-onemli-vaxtda-kecirilir
Oxunma sayı: 908

“Bakı Enerji Həftəsi enerji konteksində çox önəmli vaxtda keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero bildirib.

O, vurğulayıb ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi baxımından Avropa İttifaqı üçün çox önəmlidir: “Aİ enerji diversifikasiyasına dəstək verir”. 

Borrero eyni zamanda qeyd edib ki, qurum yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir: “Bərpa olunan enerjiyə böyük önəm veririk. İnanırıq ki, Azərbaycanla əməkdaşlığı gücləndirəcəyik. Aİ olaraq ümid edirik ki, 2050-ci ilə kimi enerji neytrallığına nail ola biləcəyik”.

Eldar Tanrıverdi