Bakı forumuna hazırlıq başladı

baki-forumuna-hazirliq-basladi
Oxunma sayı: 966


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, toplantıya hazırlıq məqsədilə Afina şəhərində YUNESKO-nun xoşməramlı səfiri və tədbirə ev sahibliyi edəcək Marianna V. Vardinoyannis Fondunun rəhbəri xanım Vardinoyannis, Yunanıstanın sabiq Xarici işlər naziri və Millət vəkili xanım Dora Bakoyannis, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və digər rəsmilərlə görüşlər keçirilib. Madrid şəhərində isə Mərkəzin və Madrid Klubunun rəhbərliyini edən Latviya Respublikasının sabiq prezidenti xanım Vaira Vike-Freiberganın rəhbərliyi ilə hər iki təşkilatın katibliyinin müzakirələri reallaşdırılır.