Bakı Forumunda qızıl medallar verildi

baki-forumunda-qizil-medallar-verildi
Oxunma sayı: 733


“Qafqazinfo”nun məlumatına görə, forumun bağlanış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qeyd edib ki, iki gün davam edən Forum işini uğurla başa vurur: “Forum uğurla keçdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu Forum artıq daimi xarakter alır. Bu Forum hər il keçiriləcək. Bakı şəhəri böyük siyasi proseslərin müzakirəsi platformasına çevriləcək”.

Sonda Dövlət Komitəsinin sədri N.İbrahimov elan edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə həm V.Vike-Freyberqa, həm də İ.Serageldin “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.

Qeyd edək ki, III Qlobal Bakı Forumunda bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, həmçinin bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər - ümumilikdə 75 ölkədən 350-yə yaxın nümayəndə iştirak edib. Onların arasında 6 ölkənin hazırkı prezidenti, 41 keçmiş prezident, 24 sabiq baş nazir, bir neçə ölkənin isə indiki və sabiq xarici işlər nazirləri olub.