Bakı Funikulyoru Avropanın ən yaxşı funikulyorları siyahısında - Fotolar

baki-funikulyoru-avropanin-en-yaxsi-funikulyorlari-siyahisinda
Oxunma sayı: 4479

Bakı Funikulyoru Avropanın ən yaxşı funikulyorları siyahısının beşliyində yer alıb.

“Qafqazinfo”nun məlumatına görə, buna “Fodors Travel” kompaniyası tərəfindən hazırlanmış Avropa funikulyorlarının reytinqi dəlalət edir.  

Birinci yeri Fransada Monmantr təpəsində yerləşən funikulyor tutub. Nəqliyyat vasitəsi saatda iki minə yaxın sərnişin daşıya bilir.

İkinci yerdə Macarıstanın paytaxtı Budapeşdə Buda təpəsində yerləşən funikulyor qərarlaşıb. O, Avropada tikilən sayca ikinci funikulyordur.

Üçüncü yeri 1875-ci ildə açılışı olan Türkiyənin yeraltı funikulyoru – Tünel tutub.

Dördüncü yer 1905-ci ildə tikilən Kiyev funikulyorunun olub.

Beşinci yerdə 1960-cı ildə tikilən və 2012-ci ildə rekonstruksiya olunan Bakı Funikulyoru qərarlaşıb. O, reytinqin digər funikulyorları ilə müqayisədə ən müasiridir.

Bakı Funikulyorundan sonra reytinqdə Fransanın Trepo və Lion, Çexiyanın Petrin, Portuqliyanın Lissabon, İsveçrənin Quttanen və digər şəhərlərdə yerləşən funikulyorlar yer alıb.