Bakı-Gəncə qatarı ləğv edilir

baki-gence-qatari-legv-edilir
Oxunma sayı: 827

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.

“Qafqazinfo” xəbər verir ki, belə hallar sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə  Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı  ləğv edilir.